6 Mart, 2015
Yüksək rütbəli polis zabitinin maşını partladıldı

Ukraynanın Xarkov şəhərində “Slobojanşina” polis batalyonunun komandiri Andrey Yanqolenkonun maşını partladılıb.

Simsar.az-ın məlumatına görə, partlayış nəticəsində Yanqolenko və həyat yoldaşı yaralanıb.

Xarkov prokurorluğundan verilən məlumata görə, onun maşınına bomba qoyulub.

Ukrayna daxili işlər nazirinin müşaviri, deputat Anton Qeraşenko Facebook səhifəsində yazıb ki, ekspertlərin ilkin məlumatına görə, maşın Rusiyanın istehsalı olan mina ilə partladılıb.

O bildirib ki, istintaq terror aktı da daxil olmaqla bir neçə versiya üzərində işləyir.

Qeraşenkonun sözlərinə görə, Yanqolenko və onun qardaşı Sergey 2013-cü ildə Berkutun Xarkov bölməsində xidmət ediblər və həmin ilin noyabrında “Maydan” hərəkatını dağıtmaqdan imtina etdiklərinə görə polisdən kənarlaşdırılıblar.

Bir qədər sonra isə Yagolenko qardaşları daxili işlər naziri Arsen Avakovun təşəbbüsü ilə yaradılan xüsusi təyinatlı batalyonların komandiri olublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!