4 May, 2011
İKİ DƏFƏ DALBADAL İLDIRIM VURDU, SAĞ QALDI – VİDEO

Həmin şəxs axtarılır

Çində eyni anda 2 dəfə ildırım vuran şəxs sağ qalıb. Yağışlı havada küçədən keçən şəxsi ildırım vurub. Ayağa qalxaraq yoluna davam etmək istədikdə, onu ikinci dəfə ildırım vurub. Buna baxmayaraq, həmin şəxs ölməyib, əksinə, özü sərbəst şəkildə hadisə yerindən uzaqlaşıb. 
Video küçədə qurulan müşahidə kameraları tərəfindən çəkilib və sonradan Çin Mərkəzi televiziyasına verilib. Çin televiziyası ildırım vuran şəxsin kim olduğunu bilmir . Hadisənin hansı şəhərdə baş verdiyi də məlum deyil. Hazırda həmin şəxsi axtarırlar.
İldırımın gücü o qədər böyük olub ki, asfaltı yandırıb.
Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!