6 Mart, 2015
“XİN UNPO-nun konfransını nəzarətə götürüb” – HİKMƏT HACIYEV

“Xarici İşlər Nazirliyi qeyri-hökumət təşkilatı olan Təmsil Olunmayan Millət və Xalqlar Təşkilatının (UNPO) keçirəcəyi tədbilə bağlı məsələləri diqqətlə izləyir”.

Bunu Simsar.az-a Xarici İşlər Nazirliyinin mətbuat  xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, qeyri-hökumət təşkilatları rəsmi təşkilat olmadıqları üçün, onlarla bağlı məsələlər şərh edilmir: “Məsələdən xəbərimiz var. Nazirlik tərəfindən diqqətlə izlənilir. Müvafiq səfirliklərimiz tərəfindən lazimi tədbirlər görülür. Rəsmi olmayan təşkilatla bağlı rəsmi münasibət bildirilməyəcək. Bununla bağlı heç bir bəyanat verilməyəcək”.

Bildirək ki, qeyri-hökumət təşkilkatı olan Təmsil Olunmayan Millət və Xalqlar Təşkilatı (UNPO) Federal Ləzgi Milli Mədəni Muxtariyyəti (FLNCA) və Avropa Parlamentinin Rumınyadan olan deputatı Laurentiu Rebeganın ofisi (S&D) ilə bilikdə Avropa Parlamentinin martın 24-də baş tutacaq növbəti iclası çərçivəsində “Azərbaycan: İkili standarlar və azlıqların hüquqlarının pozulması” adlı konfrans keçirəcək.

Məlumat üçün bildirək ki, UNPO rəsmi saytında konfransın keçiriləcəyi il bağlı dərc edilən məlumat 2 gün öncə silinib.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!