6 Mart, 2015
“Leyli və Məcnun” İsmayıllıda

Martın 14-də İsmayıllı rayon Mədəniyyət Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yaradıcı kollektivinin ifasında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası keçiriləcək. Bu tədbir İsmayıllı rayon İcra hakimiyyəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə layihəsidir.

Operada Leyli  partiyasını Azərbaycan Respublikasının Xalq Artisti Nəzakət Teymurova, Məcnun rolunu isə Xalq Artisti Mənsum İbrahimov ifa edəcəklər.  Tamaşanı Əməkdar İncəsənət Xadimi Sevil xanım Hacıyeva idarə edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!