6 Mart, 2015
Avropa Oyunlarında iştirak etməliyik - Ermənistanın idman naziri

“Ermənistanın I Avropa Oyunlarında iştirakı mütləqdir”.

Simsar.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın idman naziri Qabriel Kazaryan deyib.

“Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakımız mütləqdir. Biz bu oyunlarda iştirak etməliyik. Bu, mənim subyektiv fikrimdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Milli Olimpiya Komitəsi və İdman Nazirliyi hələlik məsələ ilə bağlı rəsmi mövqeyini bildirməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!