6 Mart, 2015
Bakı-Sumqayıt yolundakı qəza haqda AÇIQLAMA

Dünən bakı-Sumqayıt yolunda baş verən qəza haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Simsar.az verdiyi xəbərə görə, hadisə martın 5-də saat 20 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Naməlum avtomobil yolu keçən Yardımlı rayon sakini Maqsud Şəbiyev və Zərdab rayon sakini Nəsimi Əlövsətlini vurub. M.Şəbiyev hadisə yerində ölüb, N.Əlövsətli isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Xatırladaq ki, dünən gecə saat 23 radələrinə qədər Sumqayıt istiqamətində avtomobillərin dəhşətli tıxacı müşahidə edilib. Səbəb kimi qəza və yolda qalan bir neçə avtomobil göstərilir. Hadisə yerindən çəkilən şəkili təqdim edirik.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!