6 Mart, 2015
Nemtsovun qətlinin şahidinə HƏDƏ

Rusiyalı müxalifətçi Boris Nemtsovun qətlinin şahidi Anna Duritskanın ünvanına daxil olan hədələrlə əlaqədar olaraq milis cinayət prosesinə başlayıb. Trend-in "İnterfaks"a istinadən verdiyi xəbərə əsasən, bu barədə Ukrayna Baş Prokurorluğunun yaydığı xəbərdə deyilir.

Ukrayna Baş Prokuroru şahidin həyat və sağlamlığını müdafiə etmək üçün bütün zəruru tədbirlər görülməsi barədə tapşırıq verib.

Qeyd edək ki, A. Duritskaya ünvanına hədələr daxil olması barədə Ukrayna Daxili İşlər Nazirliyi Baş İdarəsinin Kiyev vilayəti bölməsinə müraciət edib.

B. Nemtsov fevralın 27-də Moskvada güllələnmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!