6 Mart, 2015
Bakıda dəhşətli cinayətin üstü açılıb

Paytaxtın Nərimanov rayon hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü açılıb. Simsar.az-a Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata əsasən, fevralın 28-də saat 23 radələrində rayonun A.Heydərov küçəsi, ev 2 mənzil 16-da kirayədə yaşamış Əliyev Bəxtiyar Mayıl oğlunun bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Kürdəmir rayon sakini, Məlikov Nicat Əliheydar oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunmuşdur. N.Məlkov həyata keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra B.Əliyevin yaşadığı mənzildən oğurladığı  mərhuma məxsus mobil telefon, kompüter  və digər əşyaları istintaq orqanına təqdim etmiş və həmin əşyalar maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!