6 Mart, 2015
Rövnəq Abdullayev: “Futbolçuların maaşına sədd qoyduq”

“İcraiyyə Komitəsinin iclası da başa çatdı. Konfransda əsas federasiyanın gördüyü işlər barədə danışıldı. Hamısı şəffaf şəkildə göstərildi. İcraiyyə Komitəsinin yeni üzvləri ilə ağır iclas keçirildi. Əsas fikir ayrılığına səbəb olan qərar 21 və 23 yaşlı futbolçuların maaşları ilə bağlı limit məsələsi oldu”. Simsar.az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

İcraiyyə Komitəsinin bu gün baş tutan iclasından sonra mətbuat konfransı keçirən Abdullayev toplantıda qeydə alınan qərarları açıqlayıb: “Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, bir qərar qəbul etdik. 21 yaşlı futbolçuların maaşlarına limit qoyulması ilə bağlı qərar qəbul etdik. Qiymətlərin süni dərəcədə şişirdilməsinin qarşısını almaq, klublara kömək üçün bunu etdik. 21 yaşlı futbolçuların maaşına sədd qoyduq. 21 yaşlı futbolçu maksimum ildə 30 min, 23 yaşlı futbolçu isə 50 min qazana bilər. Milli üzvüdürsə həmin oyunçu, klub 50 faiz artıra bilər. İkinci qərar bu idi ki, gələn il çempionatın oyunlarının yayımı üçün tender keçiriləcək. Yayımı udan, tenderdə qalib gələn müəyyən bir qurum o yayımı həyata keçirəcək və gəlir klublar arasında hələ ki, eyni bölünəcək. Gələcəkdə klubların reytinqinə görə yayım haqqı müəyyənləşəcək. Bir çox ölkələrdə məhz belədi. Əsas bu iki qərar qəbul olundu”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!