6 Mart, 2015
“Dini etiqad azadlığı haqqında” qanunun dəyişdirilsin- TƏKLİF

Azərbaycan Milli Məclisinin deputatı “Dini etiqad azadlığı haqqında” qanuna müvafiq dəyişikliyin edilməsini təklif edib.

Simsar.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında Ombudsmanın illik hesabatının müzakirəsi zamanı dini təriqətlərlə bağlı məsələyə toxunan zaman deputat Zahid Oruc bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən zərərsizləşdirilən radikal qruplardan danışıb.

O bildirib ki, Azərbaycandan dini təhsil arxasınca müxtəlif, daha dəqiqi, bir-biri ilə təriqət ziddiyyəti olan ölkələrə xeyli gənclər gedir: “Onlar orda təhsil alıb geri dönür, həmin dini təriqətlər arasındakı münaqişəni də özləri ilə ölkəyə daşıyır, burda o münaqişələri bir-biri ilə davam etdirirlər və nəticədə dini radikalizm yaranır. Ona görə biz dini təhsilin ölkədə alınmasına nail olmalıyıq. Bunun üçün xaricdən müəllimlərin Azərbaycana cəlb olunmasına önəm verməliyik”.

Deputat bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna müvafiq dəyişikliyin edilməsini təklif edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!