6 Mart, 2015
Rayonlarda uşaq bağçalarında valideynlərdən pul tələb edilir – Ombudsman

Məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması zəruridir. Kənd rayonlarında, xüsusilə kəndlərdə bir çox məktəbəqədər tərbiyə müəssisələrinin uyğunlaşdırılmış binalarda fəaliyyət göstərməsi, bir çox müəssisələrin fəaliyyətinin tamamilə dayandırılması və bağlanması isə xüsusi narahatlıq yaradır.

Simsar.az xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisin bu gün keçirilən plenar iclasında söyləyib.

Ombudsman bildirib ki, təhsilin inkişafına xidmət edən qanunvericilik aktlarının və yeni proqram sənədlərinin qəbul edilməsinə baxmayaraq, təhsilin keyfiyyətindəki bir sıra problemlər hələ də qalır.
Onun sözlərinə görə, müvafiq yaşayış ərazilərində uşaq bağçalarının olmaması, mövcud müəssisələrin uşaqların sayı baxımından təlabatı ödəməməsi kimi problemlərlə bağlı müraciətlər də çoxdur.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!