6 Mart, 2015
Müvəqqəti saxlama yerlərində nöqsanlar aşkar edilib - OMBUDSMAN

İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) aparatının əməkdaşlarının müvəqqəti saxlama yerlərinə baxışlar zamanı bir sıra nöqsanlar aşkar edilib.

Simsar.az xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2014-cü illə bağlı verdiyi hesabatı zamanı bildirib.
Ombudsman bununla bağlı aidiyyəti qurumlara müraciətlərin edildiyini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, tutulma, həbs edilmə, müvəqqəti saxlama yerində insan hüquqlarının pozulması halları qeydə alınmayıb: "Ancaq bununla belə, xidməti vəzifələrin icrasında nöqsanlara yol verdiklərinə görə müvəqqəti saxlama yerlərinin 77 əməkdaşı intizam qaydasında cəzalandırılıb. Onlardan da 8-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 67 əməkdaş barəsində digər intizam tədbirləri görülüb

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!