6 Mart, 2015
Danimarka Bakıya 65 idmançı ilə gəlmək niyyətindədir

Danimarka Olimpiya Komitəsi (DOK) Bakı-2015-də yarışacaq idmançılarının sayını açıqlayıb. Simsar.az xəbər verir ki, danimarkalılar iyunda Azərbaycanda keçiriləcək Avropa Oyunlarına 65 idmançı ilə gəlməyi planlaşdırırlar.

Komandanın şef-de-missionu Morten Rodtvit bildirib ki, bu idmançılar 17-yə yaxın idman növünü əhatə edəcək: “Avropa Oyunları 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşan bir neçə idmançı üçün əla sınaq yarışı olacaq. Bakıda nə qədər peşəkar atletlər çıxış edərsə, bir o qədər də Danimarka idmançılarının Olimpiadaya hansı səviyyədə hazırlıqlı olduqları müəyyənləşəcək”.

Qeyd edək ki, iyunun 12-28-də təşkil olunacaq Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!