6 Mart, 2015
İki nəfəri bıçaqlayan Yazıçılar Birliyinin üzvü tutulub

Bakıda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

Paytaxtın Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü şair Mübariz Məsim oğlu Nəsibovu və onun dostu, 1960-cı il təvəllüdlü  Cavanşır Əkbər oğlu Kazımovu bıçaqlayan 1954-cü il təvəllüdlü Hürriyət Məmməd oğlu Məmmədov yaxalanıb.

Qeyd edək ki, H.Məmmədov Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.

Xatırladaq ki, hadisə metronun "Qara Qarayev" stansiyası yaxınlığında baş verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!