6 Mart, 2015
ATV-nin tanınmış aparıcısı ADU-da

Azərbaycan Dillər Universitetində universitetin Azərbaycan dili və Ədəbiyyatı kafedrasının müəllimi Nərgiz Qurbanovanın Filologiya və Jurnalistika fakültəsinin “Jurnalistika” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə tədris etdiyi “Mətbuat tarixi” fənnində qonaq olan Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının aparıcısı Lalə Azərtaş tələbələrə açıq dərs keçib. ADU İctimaiyyətlə Əlaqələr Departmanentindən Simsar.az-a verilən məlumata görə, aparıcı Lalə Azərtaş tələbələri salamlayaraq məzunu olduğu Azərbaycan Dillər Universitetinin ona doğma olduğunu qeyd edib. O, televiziyada aparıcı olmaq üçün tələbələrin universitet zamanından mütaliə ilə məşğul olmalarını, qəzetlərdən informasiya toplamalı olduqlarını bildirib.
Lalə Azərtaş aparıcının Azərbaycan dilini mükəmməl şəkildə bilməli olduğunu, xəbər hazırlayarkən diqqətli və həmin xəbər haqqında məlumatlı olmağını, xəbərə inanmağı və tamaşaçıya peşəkar şəkildə çatırmalı olduğunu deyib.
Açıq dərsdə iştirak edən Azəraycan dili və Ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva bu görüşlərin əhəmiyyətli olduğunu qeyd etdi. O, bu görüşdən sonra tələbələrin jurnalistika sahəsinə olan marağının və həvəsinin daha da artacağını vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!