6 Mart, 2015
Aktyorumuz dünyasını dəyişib
Aktyor Ruslan Nəsirov dünyasını dəyişib.

Aktyor uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirmiş.

AzTV-nin dublyaj redaksiyasından bildiriblər ki, R.Nəsirov bu gün dəfn olunacaq.

Qeyd edək ki, R. Nəsirov 1974-cü ildə anadan olub. O, “Qəm pəncərəsi” filmində Əhməd, “Tənha narın nağılı” filmində Sadıq, “Ağ atlı oğlan”da Cəfər və başqa rollarda oynayıb.

APA

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!