6 Mart, 2015
Azərbaycan, Türkiyə və Gürcüstan biznes-forum keçirir

Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan təmsilçilərinin iştirakı ilə biznes-forum işə başlayıb.

Simsar.az-ın xəbərinə görə, məlumatı Gürcüstan KİV-i yayıb.

Məlumata görə, 4-cü biznes foruma Azərbaycan,Türkiyə və Gürcüstanın hökumət nümayəndələri də qatılacaq.

Gürcüstan Xarici İşlər Nazirliyinin sözçüsü David Kereselidze bildirib ki, bu ölkə baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Azərbaycan və Türkiyənin iqtisadiyyat nazirləri ilə ikitərəfli görüşlər keçirəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!