6 Mart, 2015
Türk iş adamı ad gününü AST Telmanla keçirdi - FOTO

Türkiyəli iş adamı Ali Ağaoğlu ad gününü Moskvada azərbaycanlı iş adamı ilə birgə qeyd edib.

ANS-in məlumatına görə, "Ağaoğlu" şirkətlər qrupu idarə heyətinin sədri Ağaoğlu Moskvaya xüsusi təyyarəsiylə gedib. Moskva səfəri zamanı türk iş adamı Kremli və Nazım Hikmətin məzarını ziyarət edib.

Daha sonra Ağaoğlu Telman İsmayılovun təşkil etdiyi yığıncaqda iştirak edib. O, Türkiyə bayrağı formasında hazırlanmış tortu da kəsib.

Telman İsmayılova qonaqpərvərliyi və dostluğu üçün təşəkkür edən Ali Ağaoğlu sözlərinə belə davam edib: 

"Yeni yaşımı dostlarımla birlikdə qeyd etdiyim üçün xoşbəxtəm", - deyə iş adamı söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!