6 Mart, 2015
Bakıda daha bir prospekt bağlanır
Bu gün Heydər Əliyev prospektinin köməkçi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyinin rəhbəri Pünhan Mürsəliyevin Simsar.az-a verdiyi məlumata görə, prospektin Böyük Şor qovşağından “Bazarstore” qovşağına qədər olan hissəsində axşam saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

“Buna məqsəd həmin köməkçi tunelin rənglənməsi, eyni zamanda yolun hərəkət hissəsində üfüqi nişanlanması işləri aparılacaq. Səhər saatlarına qədər işlərin tamam yekunlaşması gözlənilir”, - deyə P. Mürsəliyev bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!