6 Mart, 2015
Ötən il 10 nəfər və 1 hərbçi meyiti Ermənistana təhvil verilib
Ötən il ərzində Azərbaycan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq Ermənistan tərəfinə 10 nəfər və 1 erməni hərbçinin meyitini təhvil verib.

Simsar.az-ın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə keçmiş 3 nəfər azərbaycanlıdan ikisi (Dilqəm Əhmədov, Şahbaz Quliyev) işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, bir nəfər (Həsən Həsənov) isə qətlə yetirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!