6 Mart, 2015
Atəşkəsə qədər daha 4 nəfər itkin düşüb - Dövlət Komissiyası

Ötən il ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış araşdırma zamanı 4 nəfərin atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib.

Bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, həmin şəxslərin adları Dövlət Komissiyasında qeydiyyata alınıb və müvafiq siyahıya salınıb. İtkin düşmüş 8 nəfərin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb.

2014-cü ilin sonuna olan məlumata görə, 4009 nəfər itkin düşmüş, 1428 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Qeydiyyatında qeydiyyata alınıb.

APA

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!