4 May, 2011
MİSİR MƏRDANOV MÜAVİNİNƏ QARŞI ÇIXDI

Elmar Qasımov silah istəmişdi, nazir mümkün olmadığı dedi

Azərbaycanın təhsil naziri orta məktəblərə ibtidai hərbi hazırlıq dərslərində istifadə olunmaq üçün silah verilməsinin tərəfdarı deyil. 

Simsar.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nazir Misir Mərdanov bildirib: “Sumqayıtda baş vermiş məlum hadisələrdə bunun acı nəticələrini görmüşük". Nazir bildirib ki, bütün orta məktəblərdə hərbi hazırlıq fənni üçün bir otaq ayrılır, eyni zamanda, həmin otaqlar avadanlıqlarla təmin olunur. M. Mərdanov deyib ki, orta məktəbləri hərbi məktəblərə çevirmək olmaz: “Orta məktəblərdə hərbi hazırlıq nəzəri baxımdan keçirilir. Kifayət qədər hərbi məktəblər, akademiyalar var”. 
Xatırladaq ki, təhsil nazirinin müavini Elmar Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, ibtidai hərbi hazırlıq dərslərinin yüksək səviyyədə təşkil olunması üçün məktəblərə silah verilməsi barədə qadağa aradan qaldırılmalıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!