6 Mart, 2015
Ruslar Putini yenə prezident seçdi

Rusiyanın “Levada-Center” araşdırma mərkəzi “növbəti bazar günü prezident seçkisi keçirilsəydi, kimə səs verərdiz” sualı ilə sorğu keçirib.

Simsar.az xəbər verir ki, respondentlərin 86 faizi Putinə səs verəcəklərini bildirib. Sorğuda iştirak edənlərin 7 faizi kommunist lider Gennadi Züqanovu, 4 faizi isə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskini prezident görmək istəyir.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu, Baş nazir Dmitri Medvedyev və müxalifətçi Aleksey Navalnı isə respondentlərin 1 faiz səsini alıb.

Sorğu göstəricilərinin yanlış olma ehtimalının 3,4 faiz olduğu bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!