6 Mart, 2015
Gəncədə yanğın

Bu gün səhər saat 6 radələrində Gəncə şəhər Kəpəz rayon 4-cü mikrorayonda bina 29, mənzil 1-in zirzəmisində yanğın olub.

Şahidlərin sözlərinə görə, yanğın binanın zirzəmisində yığılıb qalan kağızların alışması səbəbindən yaranıb.

Trend-in Kəpəz TV-yə istinadan verdiyi məlumata görə, hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili gəlib və yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!