6 Mart, 2015
Putinə qarşı çıxan qadın

Bloomberg agentliyi Rusiya prezidenti Vladimir Putinlə bağlı maraqlı bir məqalə dərc edib.

Simsar.az-ın məlumatına görə, agentlik Ukrayna maliyyə naziri Natalya Yareskonu "Putinlə Ukrayna arasında dayanan qadın" adlandırıb.

Məqalədə Natalya Yareskonun siyasətə necə gəldiyi barədə bildirilir.

"Mənim başqa Ukraynanın şərqində uğur əldə etmək üçün başqa səbəbim yoxdur", deyə Natalya Yaresko biznesdən niyə uzaqlaşdığına və siyasətə qatıldığına dair verilən sualı cavablandırarkən deyib.

Natalya Yaresko 2006-cı ildən Horizon Capital şirkətinin rəhbəri idi və bu şirkətin 2014-cü ildə büdcəsi 652 milyon dollar təşkil edib.

Bundan başqa Yaresko ABŞ-ın Ukrayna səfirliyində iqtisadiyyat şöbəsində işləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!