5 Mart, 2015
Bakıda dilənçi əməliyyatı

Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda avaralıq və dilənçiliklə məşğul olan şəxslərin saxlanılması barədə məlumat yayıb.

Simsar.az DİN-in saytına istinadən xəbər verir ki, Nərimanov RPİ-nin 17-ci və 18-ci PB-ləri, Nəsimi RPİ və Çevik Polis Alayı əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 21 nəfər saxlanılıb.

Saxlanılanlar barəsində protokol tərtib edilib və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!