5 Mart, 2015
İstanbul derbisinin hakimləri müəyyənləşdi

Türkiyə superliqasının 23-cü turunda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" matçının hakimləri açıqlanıb.

Simsar.az-ın məlumatına görə, "Şükrü Saracoğlu" stadionunda keçiriləcək turun mərkəzi oyunu FİFA referisi Cüneyt Çakıra tapşırılıb. Təcrübəli hakimə Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Özgüç Türkalp yerinə yetirəcək.

"Fənərbaxça" ilə "Qalatasaray" arasında oynanılacaq İstanbul derbisində təhrikedici sözlərin əks olunduğu pankartların stadiona gətirilməsinə icazə verilməyəcək.

Bu qərar isə hər iki klubun azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması martın 8-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!