5 Mart, 2015
İlham Əliyev Vatikana getdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 5-də Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfərə gedib.

Simsar.az-ın məlumatına görə, bundan əvvəl dövlət başçısının Bolqarıstana rəsmi səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!