5 Mart, 2015
Rus ordusu Gümrüyə gedən yolu bağladı

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının Gümrüdə hərbi təlimlərinə start verilib.

ANS-in məlumatına görə, yüzlərlə hərbi texnikanın hərəkəti üçün Gümrüyə gedən yollar bağlanıb.

"Təlimlər bir ay davam edəcək. Bu müddət ərzində hərbi karvan Gümrüdə bütün qəsəbələrə, küçələrə girəcək, hədəf kimi göstərilmiş məntəqələrə çatacaqlar. Təlimlər ən yüksək səviyyədə təşkil edilib. "Navodçik-2" pilotsuz aparatları ilə təlimlərin necə keçirildiyi müşahidə edilir", - deyə Rusiya Cənub hərbi dairəsinin açıqlamasında bildirilir.

Təlimlər zamanı hərbçilər esktremal vəziyyətlərdə ağır texnika ilə müxtəlif manevrlər də edəcəklər. Bundan başqa təlimlər dəniz səviyyəsindən 1,6-dan 2,5 kilometr hündürlükdə keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!