5 Mart, 2015
Gül siyasətə qayıdır - İDDİA

Türkiyənin 11-ci prezidenti Abdullah Gül yenidən siyasi səhnəyə qayıda bilər.

Simsar.az xəbər verir ki, bu iddia ilə ölkənin nüfuzlu “Xəbərtürk” saytı çıxış edib.

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Abdullah Gül arasında telefon danışığı olub. Danışıq əsnasında hər iki liderin önümüzdəki günlərdə bir araya gələcəyi təyin olunub.

AKP-nin yüksək səlahiyyətli nümayəndələri Gülün namizəd olması və partiyada aktiv rol oynamasının lazım olduğunu düşünür.

Xatırladaq ki, AKP-nin namizədlərinin müvəqqəti siyahısı aprelin 14-də açıqlanacaq. Abdullah Gülün də İstanbuldan namizəd olacağı istisna edilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!