5 Mart, 2015
Böyük derbi Cüneyt Çakıra tapşırıldı

Türkiyə superliqasının 23-cü turunda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" matçının hakimləri müəyyənləşib.

Simsar.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Şükrü Saracoğlu" stadionunda keçiriləcək oyun FİFA referisi Cüneyt Çakıra tapşırılıb.

Ona Bahattin Duran və Tarık Ongun köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Özgüç Türkalp yerinə yetirəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" oyunu martın 8-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!