5 Mart, 2015
Ayətullah Xameneinin səhhətindən - XƏBƏR

Dünyanın bir çox media orqanı və Azərbaycandakı xəbər portalları İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xameneinin səhətinin ağırlaşdığını və paytaxt Tehrandakı xəstəxanalarından birinə yerləşdirildiyini iddia ediblər.

AzadXeber.az bununla bağlı Ayətullah Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nejad ilə əlaqə saxlayıb.

Seyid Əli Əkbər Ocaq Nejad saytımıza açıqlamasında dünən məsələni dəqiqləşdirdiyini deyib: "Ayətullah Xameneinin səhətində heç bir problem yoxdur. Özü şəxsən dünən evində keçirilən Əyyami Fatimiyyə matəm məclisində iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!