5 Mart, 2015
Dərbənddə Azərbaycan Konsulluğu açılır - ŞOVİNİSTLƏR NARAHATDIR

“Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan Konsulluğunun açılması ləzgi şovinistləri narahat edir”.

Bunu Simsar.az-a “Etnoqlobus” mərkəzinin direktoru Gülnara İnanc deyib.
O bildirib ki, Rusiya son Cənub sərhədlərində delimitasiya həyata keçirib. Bununla da Azərbaycana qarşı ləzgi separatizminin ayağı kəsilib: “Bu bizim üçün böyük güzəşt və uğurdur. Rusiya bununla da bu sahədə işləməyəcəyini bəyan etdi. Hazırda Dərbənddə Azərbaycan Konsulluğunun açılması məsələsi gündəmə gəlib, bu, sevindirici haldır. Amma bundan narahat olan ləzgi şovinistləri var”.

Mərkəz direktorunun sözlərinə görə, Rusiyanın separatizmi dəstəkləməməsinə səbəb ləzgilərin böyük əksəriyyətinin adı çəkilən ölkənin ərazisində yaşamasıdır: “Sadval” adlı separatçı təşkilat Azərbaycan ərazisində “Ləzgistan”ın yaradılması ehtiva edirdi. Rusiyanın belə təşkilata dəstək verməməsinin isə səbəbi məlumdur. Çünki Rusiyanın cənub sərhədləri həssas ərazilərdir. Bu ərazidə çərkəz millətçiliyi və dini radikal şovinizim güclənib. Qərbin də bu əraziləri Rusiyanın ərazisindən qoparmaq cəhdləri çox yüksəkdir”.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!