4 May, 2011
ƏRDOĞAN ÖZ İŞİ İLƏ MƏŞĞUL OLSUN

Liviyadan Türkiyəyə bu səpkidə cavab

Liviya xarici işlər nazirinin müavini Xaled Kaim Türkiyənin baş naziri Ərdoğanın “Müəmmar Qəddafi dərhal istefa verməlidir” sözlərinə münasibət bildirib. 

Simsar.az-ın haberler.com-a istinadən verdiyi məlumata görə, Kaim bildirib ki, bu mövzuda qərar vermək Türkiyənin işi deyil. Paytaxt Tripolidə açıqlama verən nazir müavini qeyd edib ki, buna qərar vermək Liviya xalqının vəzifəsidir. 

Türkiyənin baş naziri bir müddət öncə mətbuat konfransında, Liviya tarixində yeni dövr başlandığını deyib: "Artıq söz tükənib. Müəmmar Qəddafi dərhal istefa verməli və tarixi məsuliyyəti yerinə yetirməlidir”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!