5 Mart, 2015
Məişət avadanlıqları satan iri şirkətə qarşı iş qaldırılıb
İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında monitorinqləri davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, son günlərdə qurum yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə “ABC-Telecom” MMC tərəfindən məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə çoxsaylı vətəndaş müraciətləri daxil olub.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı “ABC-Telecom” MMC tərəfindən satılan məişət avadanlıqlarının və mobil telefonların qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu aşkar edilib.

“ABC-Telecom” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!