5 Mart, 2015
Siqaretin qiymətindəki dəyişikliyin səbəbi açıqlandı

Azərbaycanda əsas siqaret istehsalçılarından olan “European Tobacco-Baku” Açıq Səhmdar Cəmiyyəti (ASC) tütün məmulatlarının qiymətindəki dəyişikliyə aydınlıq gətirib.

“European Tobacco-Baku”dan Simsar.az-a daxil olan açıqlamada qeyd olunub ki, tütün məmulatlarının qiymətindəki dəyişiklik aksiz dərəcələrinin artırılması ilə bağlıdır: "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar bu il martın 1-dən etibarən ölkə ərazisində istehsal olunan tütün məhsullarına tətbiq olunan aksiz vergisinin dərəcəsi artırılıb. Tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin artırılması həmin məhsulların topdan və pərakəndə satış qiymətlərində öz əksini tapıb".

Qeyd edək ki, “European Tobacco-Baku” ASC 1999-cu ildə yaradılıb. Şirkət 2000-ci il fevralın 1-dən istehsala başlayıb.

“European Tobacco-Baku” ASC “British American Tobacco” və “İmperial Tobacco Group” kimi qlobal şirkətlərlə birgə “Viceroy” və “Prima De Luxe” siqaret brendlərini istehsal edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!