5 Mart, 2015
Dubayda "Gələcəyin muzeyi" inşa olunacaq

BƏƏ-nin Baş naziri və Dubayın başçısı şeyx Məhəmməd bin Rəşid əl Maktum "Gələcəyin muzeyi"nin planını açıqlayıb. Bu barədə Simsar.az xarici mətbuata istinadən xəbər verir.

Bu muzeydə dünyanın ən vacib innovasiya texnologiyaları nümayiş etdiriləcək. Muzeydə elmi konfranslar, kurslar və master-klasslar keçiriləcək.

Muzeyin şüarı belədir: "Gələcəyə bax və yarat".

Muzey "Emirates Towers" qülllələrində yerləşəcək və 2017-ci ildə açılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!