5 Mart, 2015
Şimali Koreya lideri nədən qorxur? - FOTO

Təntənəli qeyd olunacaq Böyük Vətən müharibəsinin 70 illiyi üçün təşkil ediləcək mərasimə bir çox dövlət başıları dəvət edilib. Simsar.az  aif.ru-ya istinadən xəbər verir ki dəvət göndərilən liderlərin arasında Şimali Koreya lideri Kim Çen İn də var. Maraqlı nüans isə onun Moskvaya necə gələcəyi ilə bağlıdır. Sayt yazır ki, Şimali Koreya lideri gizli fiqurdur. Onun şəxsi həyatı haqqında  bir şey bilmək faktiki olaraq mümkün deyil. Onun Moskvaya necə gələcəyi ilə bağlı maraqlı sual yaranıb.

Sayt bildirir ki, Kim Çen İn Moskvaya uçmamış onun atasının fobiyasını xatırladır. Çünki, sabiq lider hər yerə zirehli qatarda səyahət edirdi.

Amma Kim Çen İn belə qorxulardan əzab çəkmir.  Ona görədə liderin Moskavaya gedəcəyi ilə bağlı qərar verəcəyi güman edilir.

Buarada Koreya Xalq Demokratik Respublikası (KXDR) liderinin şəxsi təyyarəsinin daxilinin və xaricinin görüntüləri yayımlanıb.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!