5 Mart, 2015
"yANAR SAAT"IN" bu dəfəki qonaqları: İlhamə Qasımova və Lalə Məmmədova

Ev sahibi bəstəkar-aparıcı Murad Arif süfrə açıb qonaq qəbul edib. Süfrədə isə nə yox idi, lülə kabab, kartof qızartması, mer-meyvə, tərəvəz, təbii şirələr və s. Süfrəni ləziz təamlarla bəzəyən Murad Arifi verliş başlayar-başlamaz iş başında yaxaladıq. 25 kilo itirdiyini deyən Murad Arif arıqlamağının sirrindən də danışdı, qəribə də olsa maraqlıdır: “25 kilo arıqladım, kabab yeməklə. Sadəcə çörək, kartof, duz-istiot olmadan ye, formada qalacaqsan”. Yeyib-içən ulduzlar bu dəfə də fürsətdən istifadə edib kiminsə bostanına daş atdı, kimlərisə qınadı. Xüsusən də reklam arasında, nələr danışıldı, nələr... Bəzi ulduzların yekexanalıq məsələsi də canlı yayımda müzakirə olundu. İlhamə Qasımova tamaşaçıları da qınadı: “Təzə-təzə səhnəyə çıxanda metroda məni görənlər qınayırdı, deyridilər ki, buna bax ulduzdur metroya minir. Bu gün bəzi müğənnilərin mənəm-mənəm deməsinə də elə tamaşaçılar şərait yaratdı”. Bu arada mövzuya müdaxilə edən Lalə Məmmədova Nadir Qafarzadə ilə aralarında olan inciklikdən söz açıb: “Bir dəfə tədbirlərin birinə dəvət olunmuşduq. Nadir gəldi, mənlə görüşmədi, halbuki fürsət vardı. Tədbir bitəndən sonra zəng edib maraqlandım Sən demə tədbirlərin birində Nadir səhnəyə çıxacaqmış, məni dəvət ediblər”.

Simsar.az

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!