5 Mart, 2015
Vaqif Mustafazadənin yubleyi qeyd olunacaq

Görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Mustafazadənin 75 illik yubiley tədbiri keçiriləcək.

Aprelin 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Mustafazadənin anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Vaqif Mustafazadənin yaradıcılığı XX əsr milli musiqi mədəniyyətimiz tarixinin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı və caz musiqisinin uğurlu sintezi ilə dəyərli əsərlər ərsəyə gətirmişdir. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olub.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!