5 Mart, 2015
Mevlüt Çavuşoğlu beynəlxalq turizm sərgisində Azərbaycan stendini ziyarət edib

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu “İTB 2015” beynəlxalq turizm sərgisində Azərbaycan stendini ziyarət edib

Almaniyanın Berlin şəhərində keçirilən "İTB 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur.  Sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 104 kv.m-lik stend hazırlanıb.

Sərgiyə gələn xarici qonaqlar və turistlər Azərbaycan stendini ziyarət edir. Türkiyənin Xarici İşlər Naziri Mevlud Çavuşoğlu Azərbaycan stendinə gələrək, Azərbaycanın turizm potensialı ilə bağlı məlumatlandırılmış və sərginin işinə uğurlar arzulayıb.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!