4 Mart, 2015
Prosineçki paytaxt derbisində

Millimizin baş məşqçisi Robert Prosineçki Azərbaycan Kubokunun 1/4 final mərhələsinə də biganə qalmayıb.

Simsar.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis "Neftçi" ilə AZAL arasında keçirilən görüşü canlı izləyib.

Qeyd edək ki, millimizin Ukrayna "Şaxtyor"u ilə keçirdiyi yoxlama görüşündə məhz bu iki komandanın futbolçuları iştirak etməmişdilər. Buna səbəb 3-cü turdan təxirə salınmış qarşılaşma olub.

Qeyd eedək ki, Millimizin çalışdırıcısı Robert Prosineçki milli üzvləri Vaqif Cavadovla Mahir Şükürovun oyunlarını izləmək üçün Türkiyədə idi. Mahir Şükürov Türkiyədə “Karşıyaka”, Vaqif Cavadov isə “Boluspor” klubunda cıxış edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!