4 Mart, 2015
Neftin qiyməti yenidən düşür

Bir neçə günlük artımdan sonra dünya bazarında neftin qiyməti yenidən düşməyə başlayıb.

Simsar.az-ın РБК-yə istinadən xəbər verir ki, Brent markalı neftin bir barreli 61 dollardan da aşağı satılıb. Neftin qiyməti 0,56% aşağı düşərək 60,68 dollarda qərarlaşıb.

WTI markalı neftin qiymətində isə bahalaşma var. Belə ki, WTI-nin bir barrelinin qiyməti 0,2% artaraq 50,62 dollar olub.

Qeyd edək ki, fevralın sonu-martın əvvəlindən neftin qiymətində artım müşahidə olunurdu. Fevralın son günü Brent markalı neftin qiyməti hətta 63 dollara (62,77) yaxınlaşmışdı.

Səudiyyə Ərəbistanı neft naziri Əli ən-Nəimi isə açıqlamasında neft istehsalını azaltmaq haqqında düşünmədiklərini bəyan edib. O, alıcıların neftə olan ehtiyacı olduqca istehsalda heç bir dəyişiklik olmayacağını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!