4 Mart, 2015
İŞİD komandiri öldürüldü

İraq ordusunun İŞİD-ə qarşı keçirdiyi əməliyyat nəticəsində terror qruplaşmasına ağır zərbələr endirilib.

Simsar.az-ın məlumatına görə, ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının dəstək verdiyi əməliyyatda 40-a yaxın terrorçu öldürülüb.

İraqın qərb bölgəsində həyata keçirilən hücum zamanı İŞİD-in məşhur komandirlərindən olan Naim əl-Şaha məhv edilib.

İraq Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Fəllucə və əl-Bağdadi şəhərlərində İŞİD mövqelərinə hücumlar təşkil olunub.

Hücumlar zamanı hansı ərazilərin azad olunması ilə bağlı məlumat açıqlanmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!