4 Mart, 2015
Poroşenko Putinə məktub yazıb

Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb.

Simsar.az xəbər verir ki, bu haqda "UNİAN" məlumat yayıb.

Həmin məktubda Ukrayna lideri həmkarından 80 gündən artıqdır Rusiyada təcridxanada aclıq aksiyası keçirən ukraynalı təyyarəçi Nadejda Savçenkonun azadlığa buraxılmasına çağırış edib.

Xatırladaq ki, N.Savçenko rusiyalı jurnalistlərin ölmündə iştirakda şübhəli bilinir. O, 2014-cü ilin yayından Moskvada "Matrosskaya tişina" istintaq təcridxanasında saxlanılır. 2014-cü il dekabrın 13-dən ukraynalı təyyarəçi qanunsuz saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirir. Vəkilləri N.Savçenkonun saxlanılmasının ev dustaqlığı ilə əvəz olunması haqda Rusiya məhkəməsinə müraciət də ediblər.

Məlumatda bildirilib ki, Pyotr Poroşenko İtaliyanın baş nazirindən Rusiya prezidenti ilə görüşdə Nadejda Savçenkonun azadlığa buraxılması məsələsini qaldırmasını istəyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!