4 Mart, 2015
İraqda 38 İŞİD döyüşçüsü məhv edilib

İraq ordusu beynəlxalq koalisiya qüvvələri ilə birgə ölkənin qərb hissəsində əməliyyat keçirib.

Simsar.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində İŞİD-in 38 döyüşçüsü məhv edilib.

Fəllucə şəhərində 13, əl-Bağdadi şəhərində isə 25 terrorçu öldürülüb. Onların arasında İŞİD-in Fəllucədəki komandiri Naim əl-Şaha da olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!