4 Mart, 2015
Bakı-Tiflis-Qars bu il istifadəyə veriləcək

“Qars-Tiflis-Bakı dəmiryolunun tikintisi 2015-ci ilin axırında başa çatacaq”.

Bunu İstanbulda keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandırarkən Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan deyib.

Layihənin xeyli yubanmasının səbəbini şərh edən nazir deyib: “Qars-Tiflis-Bakı dəmiryolunun Türkiyə ərazisindəki uzunluğu 79 kilometrdir. Türkiyə tərəfində görüləcək işlər tam başa çatdırılıb. 2015-ci ilin axırında dəmiryolu xəttini istifadə verəcəyik. Bu xətt tarixi “İpək yolu”nun canlandırılması istiqamətində mühüm addımlardan biri olacaqdır. Bu dəfə təxirə salınma olmayacağını və dəmiryolu xəttinin 2015-ci ilin axırında istifadəyə veriləcəyini deyə bilərəm”.

Qeyd edək ki, Qars-Axalkələk-Tiflis dəmiryolu tikintisinin 2013 və 2014-cü ilin axırında istismara veriləcəyi daha əvvəl açıqlansa da, bunu reallaşdırmaq mümkün olmayıb. Türkiyə tərəfi işin Gürcüstan tərəfindəki landşaftın mürəkkəbliyindən meydana gəldiyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!