4 Mart, 2015
İlham Əliyevə maraqlı hədiyyə verildi- FOTO

Bolqarıstan prezidentinin dəvəti ilə bu ölkədə səfərdə olan prezident İlham Əliyev həmkarı ilə görüşüb.

Simsar.az Bolqarıstan prezidentinin saytına istinadən xəbər verir ki, Rosen Plevneliyevlə görüşən dövlət başçısı iki ölkə arasında strateji əməkdaşlığa dair birgə bəyannamə imzalayıb.

Görüş zamanı Bolqarıstan prezidenti İlham Əliyevin qoluna bu ölkə üçün spesifik olan və yazın gəlməsini bildirən “martenitse” bağlayıb. Qeyd edək ki, adını mart ayından götürən bu ənənəyə görə, ağ və qırmızı rənglərin birləşməsindən ibarət aksessuarlar ayın ilk günləri insanların bir-birinə etdiyi ən dəyərli hədiyyə hesab edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!