4 Mart, 2015
Avropa oyunlarının medalları təqdim olundu – FOTOLAR

Simsar.az xəbər verir ki, bu il iyunun 12 - 28-i tarixləri arasında keçiriləcək ilk Avropa oyunlarının medal tərtibatı təqdim edilib. Bakı 2015 həmçinin uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr üçün əksər yarışlara biletlərin pulsuz olacağını, böyüklər üçün isə biletlərin münasib qiymətlə satışa çıxarılacağını elan edib.

Bakı 2015 Avropa Oyunlarının idmançı xidmətləri və əməliyyatlar departamentinin direktoru Ceyms Makleod birinci Avropa Oyunları üçün bilet siyasətinə aydınlıq gətirib: “Böyüklər üçün idman yarışlarına biletlərin qiymət aralığı yarışın raundu, ilk və final oturacaq kateqoriyası və yarış məkanından aslı olaraq 2-5 manat təşkil edəcək. Şəxsiyyəti təsdiq edən sənədləri olan böyüklərin (18 yaş və ondan yuxarı) himayəsində, etibarlı biletlər olan uşaqlar və yaşları 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər. Bakı 2015 Avropa Oyunlarının Əməliyyat üzrə baş icraçı direktoru Saymon Kleq isə bildirib ki, bilet siyasətinin bu gün açılması məni qürurlandırır: “Bunun sayəsində biz Avropa Oyunları yarışlarının təcrübəsini ailələri də daxil olmaqla daha geniş auditoriyalarla bölüşə biləcəyik”.

Daha sonra çıxış edən Namiq Abdullayev Avropa Oyunlarının Azərbaycan üçün uğur olmasını vurğulayıb: "Avropa Oyunlarının Bakıda keçirilməsi bizim üçük uğurdur. Azərbaycan idmanı hər il inkişaf edir. Bu, prezident İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir. Medal gözəl tərtib olunub. İdmançılarımıza qızıl medal arzu edirəm".

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!