4 Mart, 2015
AEBA İran danışıqlarının yeni mərhələsi keçiriləcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) İran arasında danışıqların yeni mərhələsi martın 9-da Tehranda keçiriləcək.

Simsar.az xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Bu məqsədlə agentliyin təmsilçiləri İslam Respublikasına gedəcək.

Qurumun baş direktorunun müavini Tero Varyorant nümayəndə heyətinə başçılıq edəcək.

Xatırladaq ki, AEBA-nın baş direktoru Yukiya Amano İrandan nüvə proqramı ilə bağlı bütün mübahisəli suallara cavabları sürətləndirməyə çağırmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!